Xəbər verdiyimiz kimi, aprelin 11-i Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində yerləşən üzbəüz mövqelərini atıcı silahlardan intensiv atəşə tutub.
Azərbaycan Ordusunun həyata keçirdiyi cavab tədbirləri nəticəsində 3 erməni hərbçisi məhv edilib, çoxlu sayda yaralanan var.
Bizim.Media erməni KİV istinadən xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyi də faktı təsdiqləyib.
MÖVZU İLƏ BAĞLI:
Ermənistandan növbəti təxribat - Şəhid və yaralımız var
Məlumata görə, Ordumuzun cavab atəşi nəticəsində Ermənistan silahlı qüvvələrinin xüsusi təyinatlı korpusunun komandiri Armen Gözəlyan yaralanıb.
Onun vəziyyəti ağırdır. A.Gözəlyan Gorusda yerləşən tibbi mərkəzində cərrahiyyə əməliyyatı olunub.
Bizim.Media