Fazil Mustafa evə buraxıldı

Hazırda oxunan: Fazil Mustafa evə buraxıldı

130154

“Fazil Mustafa artıq xəstəxanadan evə buraxılıb”.

Bu barədə Bizim.Media-ya millət vəkilinin köməkçisi Əjdər Əliyev açıqlamasında bildirib.  
 

MÖVZU İLƏ BAĞLI:

Fazil Mustafanın SON DURUMU – Özündən AÇIQLAMA 


O qeyd edib ki, millət vəkilinin müayinələri davam edəcək: “Hazırda vəziyyəti yaxşıdır”.

Qeyd edək ki, martın 28-i saat 21:51 radələrində paytaxtın Sabunçu rayonu, Zabrat qəsəbəsində Milli Məclisinin deputatı Mustafa Fazil Qəzənfər oğluna yaşadığı evin qarşısında “Kalaşnikov” avtomat silahından atəş açılaraq terror aktı törədilib.

Nəticədə F.Mustafa bədənin sağ çiyin qurşağını və sağ budun aşağı üçdə birini dəlib keçən güllə yarası alıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 277 (dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etmə) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanılıb.
Həmçinin, Fazil Mustafaya qarşı cinayət hadisəsi ilə əlaqədər Azərbaycan Prezidentinin göstərişinə əsasən, kompleks tədbirlər görülüb, təhlükəsizlik və hüquq-mühafizə orqanları tərəfindən birgə əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri həyata keçirilib, cinayətkarlar müəyyən olunaraq saxlanılıb, birgə axtarışlar və istintaq hərəkətləri aparılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin