Ermənistanda ezamiyyətə gələn hərbçilər Qarabağa qayıtmaq istəmirlər. Bununla bağlı əsgər valideynləri etiraz aksiyası keçiriblər.
Bizim.Media “Sputnik Armeniya” istinadən xəbər verir ki, Dağlıq Qarabağda xidmət edən əsgərlərin valideynləri Ermənistan Müdafiə Nazirliyinin binasının qarşısına toplaşıb.
MÖVZU İLƏ BAĞLI:
Paşinyan Baş Qərargah rəisini istefaya göndərdi – Ermənistan çalxalanır
Onların bəzisi övladlarının geri qaytarılmasını, digərləri isə ezamiyyətə gələn əsgərlərin hərbi xidmətlərinə xitam verilməsini tələb edir.
Hazırda Ermənistan ordusunda özbaşınalıq özünü kobud şəkildə biruzə verir. Əsgərlər icazəsiz hərbi hissələri tərk edir, dövlətin verdiyi silahları oğurlayıb qara bazarda baha qiymətə satırlar. Bundan başqa silahların hərbi hissələrdən çıxarılması hər an ölkə daxilində ixtişaşların qanlı hadisələrlə müşayət edilmə ehtimalını çoxaldır.
Qeyd edək ki, bir müddət əvvəl də əsgərlər özbaşına hərbi hissələri tərk ediblər. Lakin Ermənistan MN onların bəzilərini saxlayaraq geri hərbi hissələrə göndəriblər.. Digərləri isə qaçıb gizlənib.
Qaçan əsgərlərin yaxınları Müdafiə Nazirliyi qarşısında etiraz aksiyası keçirərək "44 günlük müharibənin dəhşətlərini görən əsgərlərə və valideynlərinə hörmət" tələb ediblər.
"Oğlumun Qarabağda xidmət etməsini istəmirəm, ondan başqa hara istəyirlər yollasınlar, ancaq Ermənistanın daxilində olsun. Uşaqlarımızı zorla maşınlara mindirib, Qarabağa aparılması bizim üçün qəbuledilməzdir",- deyə əsgərlərdən birinin atası deyib.
Ermənistan hakimiyyətində olduğu kimi, ordusunda da xaotik vəziyyət getdikcə daha geniş vüsət alır. Bu da ölkənin eyni mərkəz tərəfindən idarə olunmamasının, ölkədaxili igtişaşların təşkilatçılarının hərəsinin bir hakimiyyət iddiası olduğunun göstəricisidir.
Siyasi analitiklərin fikrincə, proseslər belə davam edərsə Ermənistan bir müstəqil dövlət kimi mövcudluğunu şübhə altına qoyacaq.
Vüsalə Balayeva, Bizim.Media