İranda qız məktəblərinə kimyəvi hücumlar davam edir.
Bizim.Media xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Bildirilib ki, gün ərzində üç şəhərdə kimyəvi hücum hadisələri qeydə alınıb.
Şagirdlərin kütləvi zəhərlənməsi Təbrizdə yerləşən “İnqilab” qızlar məktəbində, Urmiyadaki “Fərzanqan” qızlar məktəbində və İsfahanın “Şayan” qızlar məktəbində baş verib.
Hadisə yerlərinə təcili tibbi yardım avtomobilləri cəlb edilib.
Bizim.Media