Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğu dövlət orqanlarının təsnifatından çıxarılır.
Bizim.Media xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Dövlət qulluğu haqqında” və “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” qanun layihəsində əksini tapıb.
Naxçıvan Muxtar Respublikasının hərbi prokuroru isə prokurorluqda vəzifələrin təsnifatından çıxarılır.
Qeyd edilib ki, qanun layihəsi Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunun tabelik qaydası dəyişdirilməklə yenilən təşkil olunması ilə əlaqədar hazırlanıb.
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:07 / 11.04.2023
Naxçıvan Hərbi Prokurorluğunun tabelik qaydası DƏYİŞİR
Hazırda oxunan: Naxçıvan Hərbi Prokurorluğunun tabelik qaydası DƏYİŞİR
Hazırda oxunan: Naxçıvan Hərbi Prokurorluğunun tabelik qaydası DƏYİŞİR
130106
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.