Nazirlər Kabinetinə yeni səlahiyyət VERİLDİ

Hazırda oxunan: Nazirlər Kabinetinə yeni səlahiyyət VERİLDİ

130098

Nazirlər Kabinetinə yeni səlahiyyət verilib.

Bizim.Media xəbər verir ki, bu, Prezident İlham Əliyevin müvafiq fərmanında əksini tapıb.
 

MÖVZU İLƏ BAĞLI:

Heydər Əliyevin 100 illiyi ilə bağlı yubiley medalı təsis edildi – FOTO 


Fərmana əsasən, Sosial xarakterli fövqəladə mühitin aradan qaldırılması üzrə tədbirlərin təxirəsalınmadan və qarşılıqlı əlaqəli şəkildə həyata keçirilməsi üçün aidiyyəti dövlət orqanlarının (qurumlarının) nümayəndələrindən ibarət komissiya (qərargah) yaradılır.

Sosial xarakterli fövqəladə mühitin aradan qaldırılması üzrə komissiyanın (qərargahın) fəaliyyəti qaydasını Nazirlər Kabineti müəyyən edəcək. 

Eyni zamanda, sosial xarakterli fövqəladə mühit rejimi Nazirlər Kabinetinin normativ hüquqi aktı ilə Azərbaycan Respublikasının bütün ərazisində və ya ayrı-ayrı yerlərində tətbiq ediləcək. 

Sosial xarakterli fövqəladə mühit rejiminin tətbiq edilməsi barədə normativ hüquqi akt dərhal mediada elan olunmalı, o cümlədən 24 saat müddətində rəsmi dərc edilməlidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin