ABŞ da məscidlərdən birində səhər namazı qılınan zaman məscidin imamı silahlı hücuma məruz qalıb.
Bizim.Media Türkiyə mətbuatına istinadən bildirir ki, hadisə ABŞ-ın Nyu Cersi ştatında türk və müsəlman icmasının sıx məskunlaşdığı Paterson şəhərində baş verib.
“Ömər” məscidinin imamı Seyid Əl-Nəkib səhər namaz qılınan zaman insanlar arasından bir nəfər ona bıçaqla hücum edib. Məscidin təhlükəsizlik kamerasında qeydə alınan görüntülərdən də aydın görünür ki, üçüncü sırada olan Şerif Zorba adlı təcavüzkar səcdə halında camaatın üstündən tullanaraq 65 yaşlı imama bıçaqla xəsarət yetirir.
Daha sonra onu tutmaq istəyənlərə əlindəki bıçaqla hədə-qorxu gələn Zorba məscidin çöl qapısına qaçmaq istəyərkən camaat tərəfindən tutulub və polisə təhvil verilib.
Xəstəxanadan verilən məlumata görə İmam Əl-Nəkibin həyati təhlükəsi yoxdur.
Hücum edən şəxs ilkin ifadəsində İstanbuldan olduğunu və bu günlərdə ABŞ-a gəldiyi deyib.
Qeyd edək ki, yerli qanunlara görə Zorbaya “sənədsiz silah gəzdirmək və adam öldürməyə cəhd” maddələri ilə cinayət işi açılıb.
Təhlükəsizlik kameraları tərəfindən qeydə alınan görüntüləri təqdim edirik.
- A-
- A
- A+
Dünya
11:12 / 11.04.2023
Məscidin imamına namaz vaxtı silahlı hücum oldu - VİDEO
Hazırda oxunan: Məscidin imamına namaz vaxtı silahlı hücum oldu - VİDEO
Hazırda oxunan: Məscidin imamına namaz vaxtı silahlı hücum oldu - VİDEO
130088
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.