Bugünkü güclü maqnit qasırğasından necə qorunmalı? – Həkimdən İZAH

Hazırda oxunan: Bugünkü güclü maqnit qasırğasından necə qorunmalı? – Həkimdən İZAH

130075

Bu gün müşahidə olunacaq hava meteohəssas insanlar üçün təhlükəlidir.

Alimlər xəbərdarlıq edir ki, aprelin 11-də C sinif alışmanın başvermə ehtimalı 95 faizdir. Bundan başqa 2MeV-dən çox enerji elektron  selinin yüksək səviyyəyə çatacağı ehtimal olunur. Bu da gün ərzində güclü maqnit qasırğası fonu yaradacaq. Ona görə də bu gün metohəssas insanlar çox diqqətli olmalıdır. 

Məsələ ilə bağlı Bizim.Media-ya danışan həkim Rasif Bağırov bu gün bəzi insanların səhhətlərinə qarşı çox diqqətli olmalarını vacib hesab edir:
 

MÖVZU İLƏ BAĞLI:

İlin ən güclü maqnit QASIRĞASI – Bu gün kimlər ehtiyatlı olmalıdır?


“Belə günlərdə müyyən xroniki xəstəlik keçirmiş cavan adamlarda baş ağrıları müşahidə olunur. Maqnit qasırğası əsasən 50 yaşdan yuxarı insanların səhhətinə mənfi təsir göstərir.

Məsələn, qanında müəyyən yağların miqdarı yüksək olan, qanında qatılıq olan, bir sözlə qan təzyiqindən əziyyət çəkən insanlara maqnit qasırğası pis təsir edir. Bu da özünü baş ağrıları, halsızlıq kimi simptomlarla göstərə bilər. Maqnit qasırğası hətta hipertoniyadan ciddi əziyyət çəkən insanların ölümünə belə səbəb ola bilər”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin