Müğənni Sevda Yahyayeva yenidən qızı Ayla ilə bağlı paylaşım edib.
Bizim.Media xəbər verir ki, sənətçi bu dəfə də övladının üzünü çiçək “emoji”si ilə gizlədərək birlikdə çəkilən fotosunu izləyiciləri ilə bölüşüb.
“Mənim evə gəlməyimi gözlədi və yatdı. Allah bütün balaları qorusun”, - deyə Sevda paylaşımına yazıb.
Qeyd edək ki, həkim-genetik Zakir Bayramovla ailəli olan Sevda Yahyayevanın qızı ötən ilin sonunda dünyaya göz açıb.
Rəşad Əliyev, Bizim.Media