Nadir təbiət hadisəsinə sayılı günlər QALDI – Şamaxı Rəsədxanasının direktorundan AÇIQLAMA

Hazırda oxunan: Nadir təbiət hadisəsinə sayılı günlər QALDI – Şamaxı Rəsədxanasının direktorundan AÇIQLAMA

129969

Xəbər verildiyi kimi aprelin 20-də ilin ilk Günəş tutulması baş verəcək. Bu dəfəki hadisə təbiətdə ən nadir hallardan biri sayılan hibrid tutulma adlanır. 

Maraqlıdır, Günəş tutulması Azərbaycanda izlənəcəkmi və bu hadisənin insan səhhətinə hər hansı təhlükəsi varmı? 

AMEA-nın Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının baş direktoru Namiq Cəlilov Bizim.Media-ya açıqlamasında bildirib ki, hibrid təbiət hadisəsi yalnız okenaların ucqar nöqtələrindən müşahidə ediləcək:

“Günəş tutulmasında sadəcə işıqlanması gələn enerji azalır və insanlara heç bir təsiri olmur. Hibrit tutulma Azərbaycanda deyil, Sakit okeanı istiqamətində izlənəcək. Burada müşahidə olunsaydı belə, insanlara, texnologiyaya və peykə hər hansı təsiri olmayacaqdı. Günəş tutulmasında qismən, tam və halqavari tutulma olur. O kölgə Günəşin diskinin üstündəki ölçüdən asılıdır. Halqavari tutulmada tam disk örtülmür, kənarlardan bir balaca üzük kimi açıq qalır. Yavaş-yavaş sürüşüb diskdən çıxandan sonra qismən tutulma olur. Hibrit tutulmada həm qismən, həm də halqavari tutulma olur. 

Yer kürəsinin verilmiş nöqtəsində onun müşahidə ehtimalı tez-tez baş verir. Kosmosda baş verir, yerə və okeana düşür. Onun bir nöqtədə ard-arda görünmə ehtimalı çox uzun illər çəkə bilər. Mən bilmirəm Azərbaycanda bu hadisə nə vaxt olub və bundan sonra olacaqmı? İnsanların həyatı üçün böyük mahiyyət daşımadığına görə biz o statistikanı aparmırıq”.

Namiq Cəlilov əlavə edib ki, hibrid Günəş tutulmasının hesablama proqramları var:

“Məsələn, Azərbaycanda Günəş tutulmasını saniyəsinə qədər koordinat verib o proqramla almaq olur. Onun üçün ayrıca süni peyk müşahidəsi lazım deyil”.

Xatırladaq ki, öncəki hibrid günəş tutulması 8 aprel 2005-ci ildə müşahidə edilib, növbətisi isə 30 aprel 2041-ci ildə baş tutacaq.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin