Əməkdar artist Nigar Şabanova rayon toylarından aldığı qonorarın məbləğini açıqlayıb.
Bizim.Media xəbər verir ki, sənətçi bu barədə ATV-yə müsahibəsində danışıb.
Belə ki, Ağcabədidə toyda olan zaman sözügedən kanalın müxbiri Nigara “Hansı məbləğə burada toyda çıxış etməyə gəlmisiniz?” sualını ünvanlayıb.
Şabanova “Qarabağ camaatı məni çox sevir. Ona görə də məclislərinə məni çağırıblar. Bu toya 5000 manat məbləğində gəlmişəm. Ümumiyyətlə, rayon toylarına bu qiymətə gedirəm” deyə müxbirə cavab verib.
Rəşad Əliyev, Bizim.Media