Kürdlərin nəzarət etdiyi Ərbildə Ermənistanın Baş Konsulluğu açıldı

Hazırda oxunan: Kürdlərin nəzarət etdiyi Ərbildə Ermənistanın Baş Konsulluğu açıldı

12989

Ermənistan İraq Kürdüstan Regional hökumətinin nəzarət etdiyi Ərbil şəhərində Baş Konsulluq açıb.

Bizim.Media xəbər verir ki, məlumatı Ermənistan Xarici İşlər Nazirliyi yayıb.

 

MÖVZU İLƏ BAĞLI:

Ermənistanda yezidi kürdləri zorla müharibəyə göndərirlər - QALMAQAL


Baş konsul Arşak Manukyan konsulluğun açılışı tədbirində bildirib ki, muxtar hökumətlə Ermənistan arasında ikitərəfli əməkdaşlığın gündəliyi də müəyyənləşdirilib.

Qeyd olunub ki, Ermənistanla İraqın şimalındakı muxtariyyət arasında son illər ticarət əlaqələri genişlənib.

Xatırladaq ki, 2017-ci ildə Ermənistanın o vaxtkı prezidenti Serj Sarqsyan Ərbildə Baş Konsulluğun açılması haqqında sərəncam imzalamışdı. (Report)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin