"İran Azərbaycanla bağlı siyasətinə yenidən baxmalıdır" - Türkiyəli polkovnik

Hazırda oxunan: "İran Azərbaycanla bağlı siyasətinə yenidən baxmalıdır" - Türkiyəli polkovnik

129812

"İran Türkiyə, Azərbaycan və İsrail arasında münasibətlərdən narahatdır. O, hətta üçlü koalisiya təklifinə də qarşı çıxır. İkinci Qarabağ müharibəsindən sonra İranın Ermənistanla əlaqələri daha da möhkəmləndi, əslində belə davranışa ehtiyac yox idi. Baki regionda sülh və dostluğu dəstəklədiyi üçün ikinci Qarabağ müharibəsi Cənubi Qafqaza sülh gətirdiyi üçün mühüm hesab edilməlidir. Təəssüf ki, İran tərəfinin bu məsələdən xəbəri yoxdur".

Bizim.Media xəbər verir ki, bu fikirləri Türkiyə Silahlı Qüvvələrinin polkovniki Önal Atabəy səsləndirib.

Onun sözlərinə görə, İran ordusunda raket sistemlərinin və pilotsuz təyyarələrin aktiv modelləri var:

“Bu model Azərbaycan və Türkiyənin təlim keçmiş ordusuna təsir edə bilməz. Azərbaycan və Türkiyənin ortaq gücü istənilən hücumu dəf etməyə qadirdir. İran bunu anlamalı və Azərbaycanla bağlı siyasətinə yenidən baxmalıdır".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin