İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin İdarə Heyətinin sədri Nigar Alimova Şəki şəhərində Şəki, Zaqatala, Balakən və Qax rayonlarından olan vətəndaşları qəbul edib.
Dövlət Xidmətindən Bizim.Media-ya bildirilib ki, ümumilikdə 30-dan çox vətəndaş qəbul olunub.
Qəbula gələnlər daşınmaz əmlakın qeydiyyatı, kadastrı, vaxtilə verilmiş pay torpaqlarının sənədləri ilə faktiki vəziyyət arasında uyğunsuzluqların aradan qaldırılması, sosial və s. məsələlər barədə müraciət ediblər.
Qəbulda bir sıra məsələlər həllini tapıb, araşdırma tələb edən müraciətlər baxılması üçün qeydiyyata alınıb. Bəzi hallar üzrə qurumun mütəxəssisləri tərəfindən müraciət edən vətəndaşın da iştirakı ilə yerində araşdırma aparılıb, onlara əsaslandırılmış izahat verilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
04:33 / 09.04.2023
“Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri”nin İdarə Heyətinin sədri Şəkidə vətəndaşları qəbul edib - FOTO
Hazırda oxunan: “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri”nin İdarə Heyətinin sədri Şəkidə vətəndaşları qəbul edib - FOTO
Hazırda oxunan: “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri”nin İdarə Heyətinin sədri Şəkidə vətəndaşları qəbul edib - FOTO
129708
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.