Alimlər ARAŞDIRDI – Tək olanda kiminsə varlığını hiss etdirən SƏBƏB BU İMİŞ

Hazırda oxunan: Alimlər ARAŞDIRDI – Tək olanda kiminsə varlığını hiss etdirən SƏBƏB BU İMİŞ

129693

Bildiyiniz kimi, bir çox insanlar vaxtaşırı başqa heç kim olmasa belə, onların yanında başqasının olduğunu hiss edirlər. Alimlər psixologiyanın ən sirli hadisələrindən birini - otaqda başqasının varlığı hissini araşdırmaqda davam edirlər.  

Bizim.Media xəbər verir ki, Tokio Universitetinin alimlərinin bununla bağlı araşdırması "Frontiers in Psychology" jurnalında dərc olunub. 

Belə ki, alimlər bu sirri  neyrofizioloji və neyrokoqnitiv məlumatlara əsaslanaraq açmağa çalışırlar.  

Onlar iddia edirlər ki, başqasının varlığı hissi beyin yarımkürələrinin işində balansın pozulmasının nəticəsidir. Tədqiqat zamanı iştirakçılara iki saniyə gecikmə ilə öz bədənlərini göstərən xüsusi eynəklər təqdim edilib. Bu, bədənin başqa yerdə olduğu illüziyasını yaradıb və ətraflarında başqasının varlığı hissini oyadıb. 
Alimlər həmçinin deyirlər ki, başqasının varlığı hissi beynin  məhz insanın öz bədənin qavranılmasına cavabdeh olan hissələrinin işindəki pozğunluqlarla əlaqələndirilə bilər. 

Bu tədqiqatlar beynin necə işlədiyinə dair yeni fikirlər verə bilsə də, başqasının varlığını hissetmə duyğusu ətrafındakı bütün sirləri həll etmir.

Elm adamları bu mövzunu araşdırmağa davam edir və beynimizin necə işlədiyini və qavrayışlarımızın necə formalaşdığını daha dərindən başa düşməyə ümid edirlər. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin