Günay: "Verilişlərdə müğənnilərə qarşı hörmətsizlik olunur" - VİDEO 

Hazırda oxunan: Günay: "Verilişlərdə müğənnilərə qarşı hörmətsizlik olunur" - VİDEO 

129686

"Efirlərə çıxmamağımın səbəbi bir çox verilişləri bəyənməməyimdir. Efirlərdən qaçmıram. Yeni mahnı təqdim edəndə efirlərə çıxıram. Amma istədiyim tərzdə olan verilişlərin sayı çox azdır".

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Günay İbrahimli "MTV maqazin" verilişinə müsahibəsində deyib.  

Sənətçi bildirib ki, qonaq gismində verilişlərə çağırılan müğənnilərə qarşı hörmətsizlik olunur:  

"Telekanallarada ictimai-sosial məzmunlu verilişlər şou proqramlardan daha çoxdur. Müğənnilərə verilişlərdə hörmətsizliklər çox olur. Məsələn, bir verilişə müğənni, psixoloq, həkim və s. qonaq çağırırlar.

Bütün veriliş boyu psixoloq və həkim danışır, müğənniyə isə söz verilmir. O yalnız verilişdə mahnısını oxuyur. Düşünürəm ki, bu, etik olaraq doğru deyil. Müğənniyə də onun sənəti, karyerası, görəcəyi işlərlə bağlı suallar verilməlidir. Çox istərdim ki, televiziyalarımızda şou xarakterli verilişlərin sayı çoxalsın".  
Geyim butiki açaraq adını şou-biznesin iş xanımları siyahısına yazdıran Günay pulu daha çox bu biznesindən deyil, sənətindən qazandığını açıqlayıb:

"Təsisçisi və rəhbərlik etdiyim "İbrahimli butik" atelyemə daha çox biznes (pul qələn sahə - red.) kimi baxıram, sənətimə isə sənət kimi baxıram. Əlbəttə ki, sənətimdən daha çox pul qazanıram. Zamanımın çox hissəsini butikdə keçirirəm. Orada dincəlirəm, çox sevdiyim yerdir. Hər zaman özümə məxsus geyim butik, atelyemin olmasını istəmişəm. Sadəcə maddi problemlər olduğundan bu işi daha tez qura bilmədim".  

G.İbrahimlinin sözlərinə görə, həmkarları eqolarına görə onun butikinə gəlmirlər:

"Müğənnilər butikimə gəlmirlər. Düşünürəm ki, onlar öz eqolarından bunu özlərinə sığışdırmırlar. Amma mənim butikimin qapısı hər bir sənət yoldaşlarımın üzünə açıqdır. Kim istəyir, gələ bilər və onun üçün gözəl geyim hazırlayarıq. İstərdim ki, qapıma gələn məşhurun geyim tərzini dəyişim, o, fərqli görünsün".  
 

Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin