Abşeron Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsi həbs edilib.
Baş Prokurorluğun Mətbuat xidmətindən Bizim.Media-ya bildirilib ki, Abşeron Rayon İcra Hakimiyyəti başçısının Mehdiabad qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Əli Həsənovun qanunsuz əməlləri ilə bağlı keçirilən əməliyyat-axtarış tədbirləri çərçivəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.
İstintaq zamanı Əli Həsənovun Mehdiabad qəsəbəsində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahələrində fərdi yaşayış evlərinin tikintisinə icazələrin, müxtəlif məzmunlu arayışların verilməsi və ümumi himayədarlıq müqabilində çoxsaylı vətəndaşlardan rüşvət almasına əsaslı şübhələr müəyyən edilib.
Əli Həsənova Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 311.3.2-ci (təkrar rüşvət alma) maddələri ilə ittiham elan edilməklə, barəsində məhkəmənin qərarı əsasında həbs qətimkan tədbiri seçilib.
İbtidai istintaq davam etdirilir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
21:14 / 08.04.2023
Abşeron Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsi HƏBS EDİLDİ
Hazırda oxunan: Abşeron Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsi HƏBS EDİLDİ
Hazırda oxunan: Abşeron Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsi HƏBS EDİLDİ
129685
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.