Beynəlxalq minifutbol turnirinin püşkü atıldı

Hazırda oxunan: Beynəlxalq minifutbol turnirinin püşkü atıldı

129532

Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş beynəlxalq minifutbol turnirinin püşkü atılıb. 

Bizim.Media xəbər verir ki, püşkatmada gənclər və idman naziri Fərid Qayıbov, Milli Olimpiya Komitəsinin baş katibi Azər Əliyev, Azərbaycan Minifutbol Federasiyasının (AMF) fəxri prezidenti Orxan Məmmədov, AFFA-nın baş katibi Sərxan Hacıyev və AMF-in, eyni zamanda “Zirə” klubunun prezidenti Taleh Nəsirov iştirak ediblər. 

Komandalar turnirdə iki qrupda yarışacaq. Daha sonra A qrupunda qalib gələn komanda B qrupunun ikincisi, B qrupunun qalibi isə A qrupunun ikincisi ilə yarımfinalda üz-üzə gələcək: 

A qrupu: Azərbaycan, Çexiya, Serbiya, Gürcüstan, İtaliya 

B qrupu: Ukrayna, Qazaxıstan, Fransa, Türkiyə, Cənubi Afrika 

Bakı Tennis Akademiyasında keçiriləcək turnir mayın 1-dən 6-na qədər davam edəcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin