Ombudsmandan Ağdamda tapılan insan sümükləri ilə bağlı ictimaiyyətə MÜRACİƏT 

Hazırda oxunan: Ombudsmandan Ağdamda tapılan insan sümükləri ilə bağlı ictimaiyyətə MÜRACİƏT 

129531

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ağdam rayonunun Ergi düzü adlanan ərazisində tapılan məzarlıqla bağlı beynəlxalq ictmaiyyətə müraciət edib. 

Bizim.Media xəbər verir ki, sənəddə deyilir: 
 

MÖVZU İLƏ BAĞLI:

Ağdamda insan skeletinə bənzər sümüklər aşkar edilib


“Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında həyata keçirilən geniş bərpa və quruculuq işləri əsasında aparılan qazıntı və tikinti işləri zamanı təəssüflə qeyd etmək istərdik ki, erməni vandalizminin qurbanı olmuş insanların qətlə yetirilərək basdırıldığı kütləvi məzarlıqlar aşkar edilməkdədir.

Ağdam rayonunun Ergi düzü adlanan ərazidə aparılan qazıntı işləri zaman insan skeletinə bənzər sümüklərin tapılması işğal müddətində Ermənistanın törətmiş olduğu müharibə cinayətlərinin növbəti izlərini aşkara çıxarır.

Belə ki, bundan öncə də işğaldan azad edilmiş ərazilərdə aşkarlanmış kütləvi məzarlıqlarda aparılan araşdırmalar nəticəsində həmin qalıqların Birinci Qarabağ müharibəsi dövründə Ermənistan silahlı qüvvələri tərəfindən əsir və girov götürülərək müxtəlif işgəncələrə məruz qaldıqdan sonra amansızcasına qətlə yetirilən azərbaycanlılara aid olduğuna dair çoxsaylı faktlar əldə edilib". 

Müraciətdə vurğulanır ki, dəfələrlə müraciət edilməsinə baxmayaraq, Ermənistan itkin düşmüş 4000-ə yaxın Azərbaycanlının taleyinə aydınlıq gətirmir, işarələnməmiş minaların və kütləvi məzarlıqların yerləşdiyi ərazilərin dəqiq xəritələrini Azərbaycan tərəfinə təqdim etmir və bununla da beynəlxalq hüququn hamılıqla qəbul edilmiş norma və prinsiplərini kobud şəkildə pozur:

“Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) olaraq, bir daha dünya ictimaiyyətinə və beynəlxalq təşkilatlara müraciət edərək Ermənistan tərəfindən itkin düşmüş 4000-ə yaxın Azərbaycanlının taleyinə aydınlıq gətirilməsi, işarələnməmiş minaların və kütləvi məzarlıqların dəqiq xəritələrinin ölkəmizə təhvil verilməsi ilə bağlı qətiyyətli mövqe nümayiş etdirməyə çağırıram”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin