Bu gün Bakıda TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli Komissiyalarının 9-cu iclası keçirilib.
Bizim.Media xəbər verir ki, ADA Universitetində keçirilən iclas Azərbaycan Respublikası Prezidenti yanında UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı, ADA Universiteti və Universitetin İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə baş tutub.
MÖVZU İLƏ BAĞLI:
ADA-da TÜRKSOY-a üzv ölkələrin iclası keçirilir – FOTO
İclasda Türk dövlətləri arasında mədəni əlaqələrin inkişafı, Ermənistanın Azərbaycanın tarixi-mədəni abidələrinə qarşı törətdiyi vandallıq aktları, TÜRKSOY-UNESCO münsibətləri kimi məsələlərdən bəhs olunub.
Daha ətraflı hazırladığımız videodan tanışa ola bilərsiniz:
Ziya Hikmətoğlu, Əfqan Pənahoğlu, Səkinə Yusibli, Bizim.Media