BİZİM TƏQVİM: Ağdaban faciəsindən 31 il keçir

Hazırda oxunan: BİZİM TƏQVİM: Ağdaban faciəsindən 31 il keçir

129505

1992-ci ilin bu günündə Ermənistan Silahlı Qüvvələri Ağdaban soyqırımını törədiblər.

Bu soyqırımı tarixdə bəşəriyyətə qarşı törədilmiş ən böyük cinayətlərdən biri, Qarabağın qala qapısı olan Kəlbəcəri ələ keçirmək üçün ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri dəhşətli qətliamdır. Soyqırımı zamanı Kəlbəcər rayonunun 130 evdən ibarət Ağdaban kəndi erməni seperatçıları tərəfindən tamamilə yandırılıb. Kəndin 779 nəfər dinc sakininə qeyri-insani işgəncələr verilib, 67 nəfər qətlə yetirilib, 8 nəfər 90-100 yaşlı qoca, 2 azyaşlı uşaq, 7 qadın diri-diri odda yandırılıb, 2 nəfər itkin düşüb, 12 nəfərə ağır bədən xəsarəti yetirilib.

Bəs, 8 apreldə dünyada daha hansı hadisələr baş verib?

1. 1506-cı ildə Şah İsmayıl Xətai Təbriz kitabxanasını yaradıb. Bir növ incəsənət akademiyası olan bu kitabxanada mahir ustalar, xəttatlar, rəngkarlar, zərgərlər, cildçilər və nəqqaşlar fəaliyyət göstərirdilər.   Təbrizin bu Şah kitabxanasında təbabətə, riyaziyyata, astronomiyaya, tarixə, ədəbiyyata, incəsənətə dair minlərlə kitab toplanmışdı. 

2.  1774-cü ildə imzalanan Kiçik Qaynarca müqaviləsi ilə Osmanlı imperatorluğunun tərkibindən çıxan Krım xanlığı 10 il belə keçmədən - 1783-cü ilin 8 aprelində II Yekaterinanın əmri ilə Rusiya  tərəfindən işğal edildi.

3. 1982-ci ilin 8 aprelində erməni terror təşkilatı ASALA-nın etdiyi hücumda Türkiyənin Kanada Səfirliyinin ticarət müşaviri Kani Güngör ağır yaralandı və əlil arabasına məhkum oldu.

4. 2003-cü il aprelin 8-də Bakı-Tbilisi-Ceyhan neft kəmərinin Azərbaycan hissəsində tikinti işləri başlayıb. 1762 kilometr uzunluğunda kəmərin 443 km.-i Azərbaycan, 249 km.-i Gürcüstan və 1070 km.-i Türkiyə əraizisndən keçir. 

5. 1971-ci ilin bu günündə Londonda keçirilən Birinci Ümumdünya Qaraçılar konqresi tərəfindən aprelin 8-i Beynəlxalq Qaraçılar Günü elan olunub.

8 apreldə həm də bu tarixi şəxsiyyətlər xatırlanır:

1. Azərbaycanlı filosof Əbunəcib Sührəvərdi 1168-ci ilin 8 aprelində vəfat edib.

2. 1973-cü ilin bu günündə İspan rəssamı Pablo Pikasso vəfat edib.

3. 8 aprel 1370-ci ildə Əmir titulu almış Teymurun adı Azərbaycan dilində olan tarixi ədəbiyyatlarda daha çox Əmir Teymur kimi qeyd olunur. Görkəmli sərkərdə 1405-ci il fevralın 18-də Özbəkistanda vəfat edib.

4. Azərbaycanın görkəmli musiqi xadimi, tarzən Məmmədxan Bakıxanov 1890-cı ilin bu günü anadan olub.

5. Sovet İttifaqı Qəhrəmanı Nəcəfqulu Rəfiyev 1912-ci ilin 8 aprelində dünyaya gəlib.

6. Meyxana ustası Ağasəlim Çildağ 8 aprel 2008-ci ildə dünyasını dəyişib.

7. 8 aprel 2013-cü ildə “Dəmir ledi”- Marqaret Tetçer  vəfat edib.

8. 1956-cı ilin 8 aprelində Güney Azərbaycanlı,tanınmış vokalist və musiqiçi   Yaqub Zurufçu anadan olub.

Surxay Atakişiyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin