“İldən-ilə Azərbaycan təbii qazının Avropa istiqamətinə ixracı artmaqdadır. Bütövlükdə bu il Azərbaycan dünya bazarlarına 24,5 milyard kub metr qaz ixrac edəcək və ildən ilə bu rəqəm artır”.
Bizim.Media xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə birgə mətbuata bəyanatı zamanı bildirib.
MÖVZU İLƏ BAĞLI:
İlham Əliyevin Gürcüstanın Baş naziri ilə təkbətək görüşü başlayıb - FOTO
“Keçən il Avropa İttifaqı ilə imzalanmış Anlaşma Memorandumuna əsasən, biz 2027-ci ilə qədər təkcə Avropa məkanına 20 milrd kub metr qazın nəql edilməsini təmin etməliyik. Əminəm ki, biz bu rəqəmə çatacağıq”, - Prezident İlham Əliyev qeyd edib.
Bizim.Media