MSK-ya hesabat verməyən partiyaları nə gözləyir? – RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: MSK-ya hesabat verməyən partiyaları nə gözləyir? – RƏSMİ AÇIQLAMA

129465

Xəbər verdiyimiz kimi, Azərbaycanda qeydə alınan  57 partiyadan 22-si 2022-ci il üçün maliyyə hesabatlarını hələ də MSK-ya təqdim etməyiblər. Hesabatı təqdim etməyən partiyalar arasında artıq özlərini buraxaraq, siyasi səhnəni tərk edənlər, rəhbərsiz qalanlar da var. 

Görəsən, maliyyə hesabatını tədqim etməyən siyasi təşkilatları nə gözləyir? 

Bizim.Media-ya açıqlamasında MSK katibi Mikayıl Rəhimov bildirir ki, Mərkəzi Seçki Kommisiyası maliyyə hesabatı verməyən siyasi partiyalarla bağlı məlumatı Ədliyyə Nazirliyinə ötürür: 
 

MÖVZU İLƏ BAĞLI:

Bu partiyalar maliyyə hesabatını təqdim ETMƏYİB - SİYAHI


“Çünki onlara qarşı hər hansı bir tədbir görülməsi Ədliyyə Nazirliyinin səlahiyyətindədir. MSK-nın vəzifəsi maliyyə hesabatlarını almaq, araşdırmaq və ictimailəşdirməkdir. Hesabatı verməyənlər haqqında Ədliyyə Nazirliyinə təqdimat göndəriləcək”. 

M. Rəhimov qeyd edir ki, siyasi partiyalar hesabat dövrü ərzində hansısa qanunsuzluğa yol versələr, bununla bağlı tədbir görülməsi isə MSK-nın səlahiyyətindədir: 

“Tədbirlər sırasında qanunvericiliyin verdiyi səlahiyyət çərçivəsində partiyaları cərimə etmək, məhkəməyə vermək kimi hüquqlarımız var. Amma onu da qeyd edim ki, indiyə qədər heç bir siyasi partiya barəsində bu kimi tənbeh tədbirləri tətbiq olunmayıb. Çünki təqdim edilən maliyyə hesabatlarında hansısa qanunsuzluqla rastlaşmamışıq. Amma partiyaların fəaliyyətində hansısa maliyyə pozuntusu aşkar edilərsə, onların fəaliyyətilə bağlı tədbirlər görüləcək”. 

Rüfət Sultan, Bizim.Media 

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin