Ölkədən qovulan iranlı diplomatı Ocaqnejadla nə bağlayır? – SENSASİON FAKTLAR 

Hazırda oxunan: Ölkədən qovulan iranlı diplomatı Ocaqnejadla nə bağlayır? – SENSASİON FAKTLAR 

129446

İran səfirliyinin "persona-non-grata" elan edilən 4 diplomatından biri Qurbanəli Purmərcan Varcovi İranın Bakıdakı mədəniyyət mərkəzinin sədridir. 

Bizim.Media "Mouze" teleqram kanalına istinadən xəbər verir ki, Purmərcan 2021-ci ildə Azərbaycandan qaçan dini təbliğatçı, İranın ali dini lideri Xameneinin Azərbaycandakı nümayəndəsi Seyid Əli Əkbər Ocaqnejadın yerinə keçmiş və onun ölkədəki yarım qalan işlərini davam etdirirdi. 
 

MÖVZU İLƏ BAĞLI:

“Persona-non-grata” elan edilən İran diplomatlarının ADLARI


Qeyd edək ki, Ocaqnejadın ofisinin yerləşdiyi Hüseyniyyə məscidi İran Mədəniyyət Mərkəzi kimi təqdim edilsə də, orada mədəniyyət təbliği üçün deyil, Azərbaycana qarşı dini-ideoloji və siyasi mübarizə və gizli şəbəkənin yaradılması üçün istifadə olunduğu müəyyən edilib. Sözügedən məscid və ofisin bir-birindən ayrı giriş-çıxışı var idi. 

Məlumata görə, Purmərcan da sələfi kimi fəliyyət göstərib.

O, İranın Cənubi Afrika və İtaliyadakı mədəniyyət müşaviri, Asiya və Sakit Okean regionunda mədəni əlaqələrin inkişafı üzrə baş direktor və Afrika ilə ərəb dünyası arasında mədəni əlaqələrin inkişafı üzrə baş direktor kimi uğursuz fəaliyyətlərindən sonra Bakıda Ocaqnejadın yerinə göndərilmişdi. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin