İran sülh imzalamaq istəyən Paşinyanı devirməyə qalxmışdı – Zahid Oruc 

Hazırda oxunan: İran sülh imzalamaq istəyən Paşinyanı devirməyə qalxmışdı – Zahid Oruc 

129428

“İşğaldan azad edilmiş torpaqlarımızda minalar təmizləndiyi kimi, Azərbaycan xalqı da iranmeyillilərdən təmizlənməlidir”. 

Bizim.Media xəbər verir ki, bunu deputat Zahid Oruc Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı bildirib. 

Millət vəkili qeyd edib ki, İran-Azərbaycan münasibətləri 1992-93-cü illəri çıxsaq, ən aşağı səviyyəsinə düşüb:  

“Sual olunur: hazırki gərginliyə səbəb nədir? Dövlətçilik gücü artan Azərbaycan İranda narahatlıq yaradır. Paşinyanı dindirməyə qalxanlardan biri də İrandır. İran Şuşa Bəyannaməsinə oxşar, İrəvanla hərbi müqavilə imzaladı”.  

“İran Parlamenti ilə Fransa hakimiyyəti necə də bir-birinə bənzəyir. İran Ordusu Ermənistanı havadan və qurudan qoruyur. İran narahatdır ki, Zəngəzur dəhlizi açılan kimi Ermənistanla məsafəsi uzanacaq. İranın ölkəmizdə dini bazası sarsılıb.

Azərbaycan məscidləri İran üçün hərbi qərargaha çevrilib. Bunlar yolverilməzdir. Biz bu qədər xəyanətlərin nəticəsində belə qalib gəlmişik. Bu casuslar Azərbaycandan təcrid olunmasa, vəziyyət eyni qalacaq. İşğaldan azad edilmiş torpaqlarımızda minalar təmizləndiyi kimi, Azərbaycan xalqı da iranmeyillilərdən təmizlənməlidir” – deyə, deputat əlavə edib.  

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin