Ötən ilin noyabr ayının 5-də Qax şəhərində 17 yaşlı yeniyetmə öz qardaşı tərəfindən qətlə yetirilib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, artıq 1 il sonra qətl hadisəsi ilə bağlı Şəki Ağır Cinayətlər Məhkəməsində cinayət işinə baxılıb.
Belə ki, Xələftala kənd sakini, yetkinlik yaşına çatmayan 17 yaşlı Albina Papiaşvili Qax şəhərində kirayədə yaşadığı mənzildə qətlə yetilməsi məlum olan kimi hüquq-mühafizə orqanlarının əməkdaşları səfərbər olub.
Qətlin bütün detalları araşdırılıb və ilkin izlər onun ailə üzvləri tərəfindən qətlə yetirilməsinə işarə verib.
Həyata keçirilən istintaq-əməliyyat tədbirləri və araşdırmalarla məlum olur ki, qətli Albinanın qardaşı, yetkinlik yaşına çatmayan 16 yaşlı Jora Papiaşvili törədib.
Jora elə ilk dindirmə zamanı cinayət əməlini etiraf edib. Bu günlərdə həmin cinayət işinə Şəki Ağır Cinayətlər Məhkəməsində hakim Nahid Mirzəyevin sədrliyi ilə baxılıb.
Məhkəmənin qərarı ilə Jora Papiaşvili 7 il 6 ay azadlıqdan məhrum edilib.
Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu .
- A-
- A
- A+
Cəmiyyət
10:30 / 07.04.2023
Bacısını amansızlıqla öldürən qardaşa hökm OXUNDU - FOTO
Hazırda oxunan: Bacısını amansızlıqla öldürən qardaşa hökm OXUNDU - FOTO
Hazırda oxunan: Bacısını amansızlıqla öldürən qardaşa hökm OXUNDU - FOTO
129402
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.