“Azərbaycanın torpaqlarını işğaldan azad etmək üçün apardığı 44 günlük müharibənin simvolu olan Şuşa şəhəri TÜRKSOY-un 39-cu konfransında əldə olunan qərara əsasən, 2023-cü il üçün Türk dünyasının paytaxtı elan edilib”.
Bizim.Media xəbər verir ki, bu fikirləri Türksoy təşkilatının baş katibinin müavini Bilal Çakıcı TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli Komissiyalarının 9-cu İclasının açılış mərasimində çıxışı zamanı deyib.
MÖVZU İLƏ BAĞLI:
ADA-da TÜRKSOY-a üzv ölkələrin iclası keçirilir – FOTO
“Bu qərar bütün Türk dünyasında böyük rəğbətlə qarşılandı. Şuşada ilboyu təşkil olunacaq tədbirlərin Türk xalqlarının mədəni bütövləşməsinə mühüm təsir edəcəyinə əminəm”, - deyə TÜRKSOY rəsmisi əlavə edib.
Ziya Hikmətoğlu, Bizim.Media