Rusiya səfirliyinin Xankəndi paylaşımı — Ermənilərin təzyiqi ilə yazı silindi 

Hazırda oxunan: Rusiya səfirliyinin Xankəndi paylaşımı — Ermənilərin təzyiqi ilə yazı silindi 

12940

Rusiyanın Ermənistandakı səfirliyinin Feysbuk səhifəsində Xankəndiyə humanitar yardımla bağlı paylaşımı ermənilərin etirazına səbəb olub.

Bizim.Media xəbər verir ki, Rusiya səfirliyi Dağlıq Qarabağdakı sosial infrastrukturun təmiri üçün 50 ton tikinti materialları göndərildiyini yazıb.

 

MÖVZU İLƏ BAĞLI:

Rəsmi Moskva ilk dəfə “Xankəndi” sözünü işlətdi – VİDEO

​​​​​​​
Rusiyanın göndərdiyi materialların “Stepanakert/Xankəndi”yə çatdırıldığı xüsusi olaraq vurğulanıb.

Rusiya səfirliyinin “Stepanakert” qondarma adı ilə yanaşı, şəhərin əsl, hüquqi  adını – Xankəndini yazması isə ermənilərin hiddətinə səbəb olub.  Səfirlik onların  etirazı və təzyiqi ilə üzləşib.

Bu təzyiqlərin nəticəsində Rusiya səfirliyi paylaşımını ümumiyyətlə silib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin