Erməni uşaqlarına AŞILANANLAR: “Əsgər olanda azərbaycanlıları öldürəcəyəm” - VİDEO

Hazırda oxunan: Erməni uşaqlarına AŞILANANLAR: “Əsgər olanda azərbaycanlıları öldürəcəyəm” - VİDEO

129337

Ermənistanda azyaşlı uşaqlara türk və azərbaycanlılara qarşı nifrət aşılanır. 

Bizim.Media xəbər verir ki, bu barədə sosial şəbəkələrdə video görüntülər yayılıb. 

Görüntülərdə uşaqlar üçün olan əyləncəli veriliş zamanı azyaşlıalar onlara verilən sualları cavablandırıblar. 

Əsasən, müharibə, döyüş, əsgər mövzusunda ünvanlanan suallara uşaqlar türk və azərbaycanlılara qarşı nifrət dolu cavablar veriblər. 

"Əsgərlər nə edirlər?" sualına erməni uşaqlar "türklərlə döyüşürlər”, "əsgərlər gecələr yatmırlar ki, türklər gəlib torpaqlarımızı almasınlar", "əsgərlər türklərə atəş açırlar" kimi cavablar veriblər. 

Verilişin gedişatında "ordu olmasa idi nə olardı” sualına isə erməni uşaqlar “ordu olmasaydı türklər bütün erməniləri öldürərdilər", “türklər gəlib torpaqlarımızı işğal edərdilər”, "türklər erməniləri öldürəcəklər, qulaqlarını kəsəcəklər, Ermənistanı alacaqlar", “əsgər olanda azərbaycanlıları öldürəcəyəm” -deyə cavab veriblər. 

Həmin video görüntüləri təqdim edirik: 
 



Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin