Dünyada ilk dəfə: Sürücüsüz avtobuslar xəttə buraxılacaq

Hazırda oxunan: Dünyada ilk dəfə: Sürücüsüz avtobuslar xəttə buraxılacaq

129332

Gələn ay Şotlandiya tam ölçülü, özünü idarə edən sürücüsüz avtobuslar xəttə buraxılacaq.

Bizim.Media xəbər verir ki, bu barədə məlumatı “Reuters” yayıb. 

Beş ədəd birmərtəbəli avtonom avtobus həftədə təxminən 10 min sərnişin daşımaq qabiliyyətinə malik olacaq. Hazırda sürücüsüz avtobusların sınaq yürüşləri keçirilir.

Onların idarəetmə panelində əvvəlcədən seçilmiş yollarda saatda 80 kilometr sürətlə hərəkət etməyə imkan verən sensorlar quraşdırılıb.

Avtobuslarda texnologiyaya nəzarət edəcək təhlükəsizlik əməkdaşı oturacaq və sərnişinlərə minmək, bilet almaq və sorğularda kömək edəcək. 

Hazırda avtonom avtobuslar üçün parkın yaradılması işlərinə başlanılıb. Şotlandiya hökuməti ilin sonunadək bu nəqliyyat vasitələrinin sayını artırmağı nəzərdə tutur. 

Mayın 15-dən etibarən Edinburq sakinlərinə xidmət göstərəcək bu nəqliyyat vasitələri ilkin mərhələdə 22 kilometr uzunluğunda Steygkoç-Forth Road Bridge marşrutu ilə hərəkət edəcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin