Ruslar, yoxsa ermənilər Qarabağdan qaçır? – Sülhməramlıların növbəti qanunsuzluğunun İFŞASI 

Hazırda oxunan: Ruslar, yoxsa ermənilər Qarabağdan qaçır? – Sülhməramlıların növbəti qanunsuzluğunun İFŞASI 

129279

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin sərbəst keçidi davam edir. 

Ötən gün Xankəndidən gələn RSK-ya məxsus 38 maşın Laçın istiqamətindən Ermənistana keçib. RSK-nın şəxsi heyətini daşıyan iki maşınında erməni əsilli sakinlər, eləcə də uşaqlar olub.

Amma maraqlıdır ki, həmin maşın karvanlarının getdikləri və qayıtdıqları məkana nə aparıb, gətirdikləri barədə heç bir məlumat yoxdur. Bu barədə ancaq söz-söhbətlər gəzir. Xüsusilə də, erməni teleqram kanallarında ermənilərin kütləvi şəkildə sülhməramlıların maşını ilə Qarabağdan qaçdığı bildirilir.

Bizim.Media-ya açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, sözügedən maşın karvanlarının nə aparıb, nə gətirdiklərini müəyyənləşdirmək üçün Azərbaycan tərəfindən ərazidə nəzarət-buraxılış məntəqələri yaradılmalıdır: 
 

MÖVZU İLƏ BAĞLI:

Ermənilər Xankəndini kütləvi tərk edir - VİDEO


“Bir müddət əvvəl məlumat yayılmışdı ki, sülhməramlı kontingent müəyyən məbləğ müqabilində erməni əsilli insanları İrəvana aparıb, geri gətirməklə məşğuldur.

Avtomobil karvanının son keçidi zamanı bir sıra maşınlarda erməni sakinlərin olması bir daha göstərir ki, sülhməramlılar pul müqabilində erməni vətəndaşları İrəvana aparıb, geri gətirməyə davam edirlər. 

Qondarma qurumun xarici işlər nazirini də İrəvana məhz sülhməramlılar aparıb. O da İrəvanda Fransadan gələn və separatçıları dəstəkləyən senatorla görüşüb.

Ruben Vardanyan, Araik Aruntyunyan indiyə kimi Moskvaya eyni yolla gedib-gəliblər.

Ekoaktivistlərin oradan keçən hər hansı bir avtomobili yoxlamaq səlahiyyəti yoxdur. Nə qədər ki, nəzarət-buraxılış məntəqəsi, post olmayacaq, onlar da nə istəsələr edəcəklər, edirlər də. Azərbaycan əraziyə tam nəzarəti bərpa etməyincə, qarşı tərəfin qeyri-qanuni fəaliyyəti davam edəcək”.

Rüfət Sultan, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin