Muğanlı-İsmayıllı-Qəbələ yolunun genişləndirilməsi ilə bağlı AÇIQLAMA

Hazırda oxunan: Muğanlı-İsmayıllı-Qəbələ yolunun genişləndirilməsi ilə bağlı AÇIQLAMA

129276

Muğanlı-İsmayıllı-Qəbələ yolunun genişləndirilməsi layihəsinin qiymətləndirilməsi başa çatmayıb.

Bizim.Media xəbər verir ki, bunu bu gün keçirilən ictimai dinləmələrdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Ekspertiza Agentliyinin sədri Mirsalam Qənbərov deyib.

O bildirib ki, yolda meşə zonaları var, sürüşmə ərazisidir: "İki ilə yaxındır ki bu barədə müzakirələr aparılır. Yolun qurulması vacib şərtdir. Həmin zona turizm zonası olduğu üçün yolun genişləndirilməsi vacibdir.

Yol 77 kilometr, 4 lotdan ibarətdir. Yol meşə fondu, xüsusi mühafizə və bələdiyyə torpaqlarının ərazisinə düşür. Ərazinin 22,6 hektarı meşə, 5,1 hektarı xüsusi mühafizə olunan, 20 hektarı isə bələdiyyə torpağıdır. Mövcud yol 8-100 metrdir. Yol genişlənəndə isə hər zolağı 3,5 metr olmaqla 4 zolaqlı tikiləcək".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin