Abşeron yarımadasında 6 əsas sürüşmə sahəsi (Bayıl yamacı, Badamdar, Nübar, Masazır yaşayış massivi, Qaraçur, Günəşli və Zığ 1) mövcuddur ki, bu sahələrdən hələlik Bayıl yamacı stabil vəziyyətdədir.
Bizim.Media xəbər verir ki, bunu apa.az-a açıqlamasında Geoloji Kəşfiyyat Agentliyinin İdarə Heyətinin sədri Əli Əliyev deyib. Onun sözlərinə görə, Nübar, Masazır massivində, Günəşli (Badi-kübə), Zığ 1 sahəsində sürüşmə ilə bağlı vəziyyət nisbətən neqativ istiqamətdə dəyişib:
“Buna real geoloji və antropogen faktorlar təsir edir. Lakin təbii ki, son müddət ərzində mövsümi xarakterli intensiv atmosfer çöküntülərinin düşməsi buradakı proseslərdə aktivləşmə yaradıb. Badamdarda nisbi-stabil vəziyyətdir.
Qoruyucu tədbirlər icra edilərsə, təbii ki, sürüşmə proseslərinin uzunmüddətli qarşısının alınması mümkündür. Badamdar yaylası ilə bağlı ciddi şəkildə bərpa-təmir və qoruyucu tədbirlər üzrə konstruktiv elementlər intensiv şəkildə qurulmaqdadır”.
Əli Əliyev bildirib ki, həmçinin Günəşli massivi və Zığ 1 sürüşmə sahəsində görülə bilən dəyişikliklər müşahidə edilib:
“Qeyd edim ki, xüsusilə Günəşli massivində aktivlik mövcud tektonik pozulma zonası boyu intensiv olaraq həm geoloji proseslərin getməsi, həm də təbii atmosfer çöküntülərinin düşməsi ilə bağlıdır. Artıq həmin sürüşmə sahəsində bir neçə evlə bağlı bizə müraciətlər də daxil olub.
2023-cü ilin ilk 3 ayını təhlil edəsi olsaq, 47 müraciət var ki, bunların əsas hissəsi Zığ 1 və Günəşli massivi ilə bağlıdır. Bu müraciətlərdə 20 lokal sahədə sürüşmə, 27 lokal sahədə isə çökmə prosesləri qeydə alınıb. Hər iki xarakterli proseslər həmin ərazilərdə aktivləşmənin göstəricisi sayıla bilər”.
O deyib ki, Masazır və Nübar massivlərində də vəziyyət nisbətən aktivləşməyə yönəlmiş istiqamətdədir.
Ümumilkdə ölkə ərazisindəki vəziyyətlə bağlı sədr qeyd edib ki, əsasən cənub bölgəsi, Lerik rayonunun Hamarat və Lərmərud kəndlərində, Lənkəran-Lerik avtomobil yolunun 15-17, 45-50-ci kilometrlərində, Astara rayonunun Toradi kəndi ərazisində lokal aktiv sürüşmə sahələri müşahidə olunur.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
15:08 / 06.04.2023
Azərbaycanda sürüşmə zonalarında vəziyyət necədir? - RƏSMİ AÇIQLAMA
Hazırda oxunan: Azərbaycanda sürüşmə zonalarında vəziyyət necədir? - RƏSMİ AÇIQLAMA
Hazırda oxunan: Azərbaycanda sürüşmə zonalarında vəziyyət necədir? - RƏSMİ AÇIQLAMA
129270
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.