Könül: "Qolum gipsdə Moskvada 6 saat toyda oxudum" - VİDEO

Hazırda oxunan: Könül: "Qolum gipsdə Moskvada 6 saat toyda oxudum" - VİDEO

129215

Əməkdar artist Könül Kərimovanın başına xoşagəlməz iş gəlib.

Bizim.Media xəbər verir ki, sənətçi qonaq olduğu "Səhərin səsi" verilişində bildirib ki, bir il əvvəl Moskvada toy məclisindən çıxarkən yerə yıxılıb və sol qolunu sındırıb.

"Toy bitdi, məkandan çıxırdım. Hər yer buz idi. Toy sahibi güya mənə kömək etmək istəyirdi. Qolumdan tutdu ki, avtomobilə kimi məni ötürsün. Bəlkə də özüm tək getsəydim, heç yıxılmazdım. Həyatımda hələ belə yıxılmamışdım. Ayağımda 16 santimetr yüksəkdabanlı ayaqqabı vardı.
Əvvəlcə heç nə başa düşmədim. Sağ tərəfə yıxıldım. Səsim də batdı. Səsimi belə çıxara bilmədim ki, mənə toxunmayın, pisəm. Amma sol tərəfimdən dəhşətli ağrı hiss elədim. Sol qolumdan zədə almışdım.

Həmin an iki dəqiqə ağrıdan səsim çıxmadı. Səhər çox vacib bir məclisim vardı. Həyatımda hələ belə işgəncə çəkməmişdim. İstəmədim ki, qolumun qırılmasını məclis sahibi bilsin.

Fikirləri qalacaqdı məndə. Altı saat yalandan hamınım üzünə baxıb güldüm, danışdım, oxudum. Bir tək musiqçilərim halımdan xəbərdar idilər. Sual verirdilər ki, salamatsan? Cavab verirdim ki, narahat olmayın. Qolum qipsdə altı saat toyda oxudum. Keyidici iynə vuruldu ki, ağrım azalsın. Beləcə məclis apardım", - deyə Könül vurğulayıb.
 

Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin