“Qoca Xamenei öz ölkəsindən xəbərdar deyil” – Rasim Musabəyov

Hazırda oxunan: “Qoca Xamenei öz ölkəsindən xəbərdar deyil” – Rasim Musabəyov

129212

Məlum olduğu kimi, dünən İranın Ali Rəhbəri Əli Xamenei bir qrup dövlət rəsmisi ilə görüşüb.
Ayətullah çıxışında İsraillə bağlı tənqidi fikirlər də səsləndirib: 

 “Biz dedik ki, sionist rejimi növbəti 25 ildə sağ qala bilməyəcək. Lakin onlar (sionistlər) tələsir və tezliklə oranı tərk etmək istəyirlər”. 

Bizim.Media xəbər verir ki, Xameneinin bu açıqlaması ilə bağlı millət vəkili Rasim Musabəyov fikirlərini bölüşüb.
 

MÖVZU İLƏ BAĞLI:

İran parlamenti Azərbaycana qarşı bəyanat qəbul etdi


Deputat qeyd edib ki, yaşlı Ayətullah öz ölkəsinin reallıqlarından kifayət qədər xəbərdar deyil: 

“Axı, İranda il ərzində minlərlə etiraz aksiyası baş verir. Onların yatırılması zamanı 500-dən çox etirazçı öldürülüb. Qadınlar orta əsrlərdəki mollakratiya rejiminin qaranlıqlığına etiraz olaraq hicablarını çıxarır, hətta yandırırlar.

Əhalini qorxutmaq üçün fəallar və etiraz aksiyalarının təşkilatçıları polis zindanlarında işgəncələrə məruz qalır, açıq şəkildə tikinti kranlarından asılır. 

Bu yaxınlarda İsrail səfərindən qayıdan bir şəxs kimi deyə bilərəm ki, bu demokratik ölkədə ictimai təhlükəsizliyə heç bir təhlükə yoxdur, etirazlarda ölən və yaralanan olmayıb, həddindən artıq qətiyyətli etirazçılara qarşı qabaqlayıcı tədbirlər qısamüddətli həbslər, eləcə də su şırnaqları və dəyənəklərdən istifadə etməklə məhdudlaşır. Deməli, İranın ali liderinə həm İsrail, həm də öz ölkəsi haqqında yalan məlumatlar verirlər”.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin