Salyandakı dəhşətli qəza ilə bağlı cinayət İŞİ BAŞLANDI

Hazırda oxunan: Salyandakı dəhşətli qəza ilə bağlı cinayət İŞİ BAŞLANDI

129181

Salyanda ötən gün 4 nəfərin ölümü ilə nəticələnən yol-hadisəsi ilə bağlı cinayət işi başlanılıb.

Bizim.Media xəbər verir ki, Ələt-Astara-İran sərhəddi avtomobil yolunun Salyan rayonu ərazisindən keçən 26-cı kilometrliyində 25.12.2001-ci il təvəllüdlü Dadaşov Əli Səfail oğlu idarə etdiyi “Kamaz 65115” markalı 42-BM-084 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Ələt qəsəbəsi istiqamətində hərəkətdə olan zaman qarşıda yolun sağ kənarında dayanmış 1976-cı il təvəllüdlü Hüseynov Elxan Ramil oğlunun idarə etdiyi “Hyundai Accent” markalı 99-TN-320 dövlət qeydiyyat nişanlı minik avtomobilini arxadan vurub.
 

MÖVZU İLƏ BAĞLI:

Salyan qəzasında ölənlərin sayı 4 nəfərə ÇATDI 


Hadisə nəticəsində “Hyundai Accent” markalı avtomobilin sərnişinləri 1972-ci il təvəllüdlü Bağırova Dilarə Ramil qızı, 1960-cı il təvəllüdlü Muradova Mirsəkinə Mirqiyam qızı, 1975-ci il təvəllüdlü Hüseynova Elnurə Adil qızı və 2020-ci il təvəllüdlü Bağırov Bayxan Bayram oğlu aldıqları xəsarətlərdən ölüblər.

Digər sərnişinlər 1971-ci il təvəllüdlü Ağayeva Xannənə Qabil qızı, sürücülər Hüseynov Elxan Ramil oğlu və Dadaşov Əli Səfail oğlu xəsarət alıblar.

Faktla bağlı BDYPİ-nin Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və təhqiqat şöbəsində Cinayət Məcəlləsinin 263.3-cü maddəsilə cinayət işi başlanaraq istintaq aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin