Lavrov Türkiyəyə gedib, Çavuşoğlu ilə Ukraynanı MÜZAKİRƏ EDƏCƏK 

Hazırda oxunan: Lavrov Türkiyəyə gedib, Çavuşoğlu ilə Ukraynanı MÜZAKİRƏ EDƏCƏK 

129167

Rusiyanın xarici işlər naziri Sergey Lavrov türkiyəli həmkarı Mövlud Çavuşoğlunun dəvətilə aprelin 6-7-də Ankaraya səfər edəcək. 

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb. 

Məlumata görə, tərəflər Türkiyədə keçiriləcək görüşdə “Akkuyu” və “Türk axını” atom elektrik stansiyalarının tikintisini müzakirə edəcəklər. 
Həmçinin, nazirlər növbəti turizm mövsümü ərəfəsində Türkiyədə rusiyalıların hərtərəfli təhlükəsizliyinin təmin edilməsi məsələlərini də müzakirə etmək niyyətindədirlər. 

Qeyd edilib ki, Lavrov və Çavuşoğlu Ukrayna böhranının hazırkı vəziyyəti, münaqişənin sülh yolu ilə həllinin prinsipləri və yolları ətrafında da fikir mübadiləsi aparacaqlar. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin