Aprelin 5-də ölkəmizdə səfərdə olan Böyük Britaniya İcmalar Palatasının Azərbaycanla parlamentlərarası dostluq qrupunun rəhbəri Bob Bləkmənin başçılıq etdiyi nümayəndə heyəti ilə Milli Məclisin Böyük Britaniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvlərinin görüşü olub.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Bizim.Media-ya verilən xəbərə görə, qonaqları salamlayan Azərbaycan-Böyük Britaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Soltan Məmmədov görüşdən məmnunluğunu ifadə edərək, Böyük Britaniya Parlamentinin nümayəndə heyətinin üzvlərinə Mili Məclisin sədri Sahibə Qafarovanın salamlarını çatdırıb.
O, ölkələrimiz arasında uğurla inkişaf edən strateji əməkdaşlıqdan, müxtəlif sahələrdə, xüsusən də iqtisadiyyat və enerji sahələrində qurulan uğurlu münasibətlərdən söz açaraq, Azərbaycanın Cənubi Qafqazda Birləşmiş Krallığın ən böyük tərəfdaşı olduğunu bildirib.
Soltan Məmmədov Azərbaycanla Birləşmiş Krallıq arasında əlaqələrin inkişafında parlamentlərin müsbət rol oynadığını qeyd edib, hər iki ölkənin parlamentlərində dostluq qruplarının fəaliyyət göstərməsinin əhəmiyyətini vurğulayıb.
Azərbaycan-Böyük Britaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri qonaqlara Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində ölkəmizin irəli sürdüyü təşəbbüslər və atdığı addımlar, işğaldan azad edilmiş ərazilərdə həyata keçirdiyi geniş quruculuq layihələri barədə məlumat verib. Diqqətə çatdırılıb ki, Azərbaycan Ermənistana beynəlxalq hüququn 5 prinsipi əsasında sülh sazişi imzalamağı təklif edib.
Soltan Məmmədov bildirib ki, Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri və ekologiya fəalları Xankəndi-Şuşa-Laçın yolunda 100 gündən artıqdır ki, etiraz aksiyası keçirirlər.
Laçın yolundakı etiraz aksiyasının məqsədi talan edilmiş təbii sərvətlərimizin qanunsuz daşınmasının qarşısının alınmasıdır. Humanitar məqsədlər üçün nəzərdə tutulmuş Laçın yolunda aksiyaçılar tərəfindən mülki təyinatlı nəqliyyat vasitələrinin hərəkətinə heç bir maneə törədilmir, mülki şəxslər və mülki yüklər yolda maneəsiz şəkildə hərəkət edirlər.
Böyük Britaniya Parlamentinin İcmalar Palatasının üzvü və Azərbaycanla parlamentlərarası dostluq qrupunun rəhbəri Bob Bləkmən ölkələrimiz arasında dostluq münasibətlərinin tarixindən söz açıb, Birləşmiş Krallığın Azərbaycanla əlaqələrin inkişafına böyük önəm verdiyini qeyd edib.
O, ölkəsinin Cənubi Qafqazda sülhün və əməkdaşlığın inkişafında maraqlı olduğunu bildirərək, bu istiqamətdə dəstək verməyə hazır olduqlarını deyib.
Azərbaycan-Böyük Britaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Nigar Arpadarai, Tural Gəncəliyev, Razi Nurullayev, Tahir Mirkişili, Mahir Abbaszadə, Kamal Cəfərov, Azərbaycanın Birləşmiş Krallıqdakı səfiri Elin Süleymanov ölkələrimiz arasında iqtisadi, mədəni və digər sahələrdə əlaqələrin inkişafı, o cümlədən müxtəlif platformalarda əməkdaşlığın möhkəmləndirilməsi ilə bağlı fikirlərini bölüşüblər.
Görüşdə Böyük Britaniya Parlamentinin İcmalar Palatasının üzvü Devid Duquid, London şəhərinin Harrou rayon bələdiyyəsinin üzvü Nikola Bləkmən və digər rəsmi şəxslər iştirak ediblər.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
21:48 / 05.04.2023
Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri ölkəmizdə səfərdədir - FOTO
Hazırda oxunan: Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri ölkəmizdə səfərdədir - FOTO
Hazırda oxunan: Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri ölkəmizdə səfərdədir - FOTO
129142
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.