Bu gün Ali Məhkəmənin Plenumunun iclası keçirilib.
Bizim.Media xəbər verir ki, iclasda İnam Kərimovun Ali Məhkəmənin hakimi vəzifəsinə təyinatı ilə əlaqədar andiçmə mərasimi keçirilib.
MÖVZU İLƏ BAĞLI:
İnam Kərimov kollektivə TƏQDİM OLUNDU
O, Plenum iclasında “Məhkəmələr və hakimlər” haqqında qanunun tələbinə əsasən ədalət mühakiməsini Azərbaycan Konstitusiyasına və qanunlarına tam uyğun olaraq, qərəzsiz, ədalətlə həyata keçirəcəyinə, hakimin müstəqilliyini və ləyaqətini qoruyub saxlayacağına, yüksək hakim adına hörmət ruhunda davranmağına and içib.
Qeyd edək ki, İ.Kərimov Prezidentin aprelin 4-də imzaladığı digər sərəncamla Ali Məhkəmənin sədri təyin edilib.
Bu gün Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyev Ali Məhkəmənin sədri İnam Kərimovu kollektivə təqdim edib.
Bizim.Media