TƏBİB Bakı-Salyan yolunda baş verən qəzada xəsarət alan şəxslərin vəziyyəti ilə bağlı açıqlama verib.
Qurumdan Bizim.Media-ya verilən xəbərə görə, baş verən hadisə ilə əlaqədar TƏBİB-in tabeliyindəki Salyan Rayon Mərkəzi Xəstəxanasının təcili tibbi yardım briqadaları əraziyə cəlb edilib.
MÖVZU İLƏ BAĞLI:
Salyandakı dəhşətli qəza ilə bağlı DİN məlumat yaydı - FOTO
Hadisə nəticəsində xəsarət alan 3 nəfər tibb müəssisəsinə yerləşdirilib.
Hazırda Reanimasiya şöbəsində 2 nəfərin (vəziyyətləri ağır qiymətləndirilir), Təcili tibbi yardım şöbəsində 1 nəfərin (vəziyyəti orta ağır qiymətləndirilir) müalicəsi davam etdirilir.
Bizim.Media