Aprelin 5-də Düşənbədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon ilə geniş tərkibdə görüşü başa çatdıqdan sonra sənədlərin imzalanması mərasimi olub.
Bizim.Media xəbər verir ki, “Azərbaycan Respublikası Hökuməti ilə Tacikistan Respublikası Hökuməti arasında yerquruluşu, torpaq münasibətləri, kadastr, geodeziya, kartoqrafiya, Yerin məsafədən zondlanması və coğrafi informasiya sistemləri sahələrində əməkdaşlıq haqqında Saziş”i Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov və Tacikistan Respublikasının xarici işlər naziri Sirojiddin Muhriddin imzalayıblar.
MÖVZU İLƏ BAĞLI:
İlham Əliyev Tacikistana səfər etdi - FOTO/VİDEO
“Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Tacikistan Respublikasının Daxili İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş”i Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Tacikistan Respublikasının daxili işlər naziri Ramazon Rahimzoda imzalayıblar.
“Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Tacikistan Respublikası Hökuməti yanında Gömrük Xidməti arasında Azərbaycan Respublikası və Tacikistan Respublikası arasında keçirilən mal və nəqliyyat vasitələri barədə ilkin məlumat mübadiləsinin təşkili haqqında Protokol”u Azərbaycan Respublikasının Tacikistan Respublikasındakı səfiri Əlimirzamin Əskərov və Tacikistan Respublikası Hökuməti yanında Gömrük Xidmətinin rəisi Xurşed Karimzoda imzalayıblar.
“Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidməti ilə Tacikistan Milli Bankı yanında Maliyyə Monitorinqi Departamenti arasında cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması, əlaqəli əsas (predikativ) cinayətlər və terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı maliyyə kəşfiyyat məlumatlarının mübadiləsi üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu”nu Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov və Tacikistan Milli Bankının sədri Hokim Xoliqzoda imzalayıblar.
“2025-ci ilədək Azərbaycan Respublikası Hökuməti ilə Tacikistan Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Tədbirlər Planı”nı Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov və Tacikistan Respublikasının iqtisadi inkişaf və ticarət naziri Zavki Zavkizoda imzalayıblar.
“Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Tacikistan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi arasında 2023-2024-cü illər üzrə kənd təsərrüfatı sahəsində əməkdaşlığın gücləndirilməsinə dair Yol Xəritəsi”ni Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Tacikistan Respublikasının kənd təsərrüfatı naziri Kurbon Hakimzoda imzalayıblar.
“Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Tacikistan Respublikasının Xarici İşlər Nazirliyi arasında 2023-2024-cü illər üzrə Əməkdaşlıq Proqramı”nı Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Tacikistan Respublikasının xarici işlər naziri Sirojiddin Muhriddin imzalayıblar.
“Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə Tacikistan Respublikasının Mədəniyyət Nazirliyi arasında mədəniyyət sahəsində 2023-2024-cü illər üzrə əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Azərbaycan Respublikasının mədəniyyət nazirinin birinci müavini, nazir vəzifəsini icra edən Adil Kərimli və Tacikistan Respublikasının mədəniyyət naziri Zulfiya Davlatzoda imzalayıblar.
“Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Tacikistan Respublikasının İnvestisiyalar və Dövlət Əmlakının İdarə Olunması üzrə Dövlət Komitəsi arasında investisiyalar, startapların təşviqi və sahibkarlıq sahəsində Anlaşma Memorandumu”nu Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov və Tacikistan Respublikasının İnvestisiyalar və Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin sədri Sadyi Kodirzoda imzalayıblar.
“Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi ilə Tacikistan Respublikasının Hökuməti yanında Turizmin İnkişafı üzrə Komitə arasında turizm sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Azərbaycan Respublikasının Tacikistan Respublikasındakı səfiri Əlimirzamin Əskərov və Tacikistan Respublikasının Hökuməti yanında Turizmin İnkişafı üzrə Komitənin sədri Kamoliddin Muminzod imzalayıblar.
“Azərbaycan Respublikasının Mərkəzi Bankı və Tacikistan Milli Bankı arasında əməkdaşlığa dair Anlaşma Memorandumu”nu Azərbaycan Respublikasının Mərkəzi Bankının sədri Taleh Kazımov və Tacikistan Milli Bankının sədri Hokim Xoliqzoda imzalayıblar.
“Azərbaycan Respublikası İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) ilə Tacikistan Respublikasının İnvestisiyalar və Dövlət Əmlakının İdarə Olunması üzrə Dövlət Komitəsi yanında “Tacinvest” Dövlət Unitar Müəssisəsi arasında Anlaşma Memorandumu”nu Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov və Tacikistan Respublikasının İnvestisiyalar və Dövlət Əmlakının İdarə Olunması üzrə Dövlət Komitəsinin sədri Sadyi Kodirzoda imzalayıblar.
“Azərbaycan Respublikasının Şuşa şəhəri ilə Tacikistan Respublikasının İsfara şəhəri arasında qardaşlaşma əlaqələrinin qurulması haqqında Protokol”u Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonu üzrə xüsusi nümayəndəsi Aydın Kərimov və Tacikistan Respublikasının İsfara şəhərinin rəhbəri Baxovaddin Baxodurzoda imzalayıblar.
“Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə Tacikistan Respublikasının Ticarət və Sənaye Palatası arasında Anlaşma Memorandumu”nu Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov və Tacikistan Respublikasının Ticarət və Sənaye Palatasının sədri Camşed Cumaxonzoda imzalayıblar.
*** 16:38
Aprelin 5-də Düşənbədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon ilə geniş tərkibdə görüşü başa çatdıqdan sonra sənədlərin imzalanması mərasimi olub.
Bizim.Media xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Prezidentinin mətbuat xidməti yayıb.
Bizim.Media