“2012-ci ildən sonra fevral ayında belə kəskin hava şəraiti qeydə alınmayıb və bu, Bakıda ən aşağı temperatur göstəricisi olub”.
Bizim.Media xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyi deyib.
MÖVZU İLƏ BAĞLI:
Yenə qar yağacaq, yollar buz bağlayacaq - Sabahın havası
Mənbə bildirir ki, həmin il havanın temperaturu paytaxtda mənfi 11 dərəcə olub ki, bu da rekord göstərici idi.
Xatırladaq ki, Milli Hidrometeorologiya Xidmətinin fevralın 24-ü saat 09:00-a olan məlumatına əsasən ölkə ərazisində havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 4-9, Aran rayonlarında 0-3, dağlıq rayonlarda 3-5, yüksək dağlıq ərazilərdə 8-12, Naxçıvan MR-da 3-8 dərəcə şaxta olub.
Bizim.Media