Canlı efirdə Əməkdar artisti təəccübləndirən TƏKLİF - VİDEO

Hazırda oxunan: Canlı efirdə Əməkdar artisti təəccübləndirən TƏKLİF - VİDEO

129075

Əməkdar artist Mətanət Əhmədovaya efirdə maddi yardım təklifi gəlib. 

Bizim.Media xəbər verir ki, bu haqda Zaur Baxşəliyev aparıcısı olduğu “Bizimləsən” ictimai-sosial verilişində məlumat verib. 

Zaur proqramda ekspert qismində iştirak edən aktrisaya bir şəxs tərəfindən mütəmadi, hər ay, müəyyən miqdarda pul verəcəyini açıqlayıb: 

“Bilirəm ki, çox qürurlu bir xanımsan. Həyatında çox böyük, ağrı-acılar yaşayan bir insansan. Ailəni də tanıyıram və dağıldığını da bilirik. Sən ailəni qorumaqdan ötrü nə mücadilələr etmisən. Bu gün evində birinci tip şəkər xəstəliyindən əziyyət çəkən övladın var. Qardaşının da problemini bilirik.  Neçə yerə parçalandığından da xəbərdarıq, kirayədə qalırsan.  
Həqiqətən çox çətindir. Və sənin necə qürurlu bir xanım olduğunu da bilirik. Bir ana, bacı, qadın, övlad, məşhur sima olduğunu hər zaman gözünün önündə saxlamısan. İstəyirəm ki, bu gün o qürurunu kənara qoyasan. Sənin və mənim tanıdığım bir insan var.

O insan hər dəfə, hər məqamda, daimi şəkildə sənə hər ay dəstək olmağını bizə təklif edib. Mətanətə hər ay bəlli miqdarda pulu bir qardaş mənim vasitəmlə göndərməyə hazırdır. Bu pulun sənin yükünü azaldacağını bilirəm. Xahiş edirəm ki, qəbul edəsən”.

Aktrisa isə aparıcının bu təklifinə “Mən özüm çalışıram” söylərək, rədd cavabını verib. 

Bunu eşidən Zaur Mətanəti razı salmaq üçün “O pul sənin özünə çatacaq. Sən o insanı heç yerdə heç zaman görməyəcəksən. Amma həmin şəxs deyib ki, istəsə də-istəməsə də həmin maddi yardımı mən göndərəcəyəm.

Qoy o pul oğlun Hüseyn üçün olsun. Bu pul onun üçün ayrılacaq. Qoy onun adında qalsın və pul toplansın” fikirlərini bildirib. 

Aktrisa ona maddi yardım edəcək həmin şəxsə efir vasitəsi ilə təşəkkürünü bildirib. 
 

Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin