Metroda qatarların hərəkət qrafiki DƏYİŞDİRİLDİ

Hazırda oxunan: Metroda qatarların hərəkət qrafiki DƏYİŞDİRİLDİ

129052

Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə ölkə ərazisində xüsusi karantin rejiminin davam etdiyi dövrdə Bakı metropoliteninda qatarların Qırmızı və Yaşıl xətlər üzrə (mokik hərəkət təşkil edilən "Cəfər Cabbarlı-Xətai" manzili istisna olmaqla) hərəkət qrafikində növbəti optimallaşdırma aparılıb.

Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətindən Bizim.Media-ya verilən məlumata görə, bu məqsədlə 2022-ci il sentyabr ayının 14-dan tətbiq edilmiş sıx qrafik dövründəki monitorinqlərin nəticəsi xüsusi araşdırılaraq təhlil olunub.

Qeyd edək ki, monitorinqlər tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılması və bunun nəticəsi olaraq, metropolitenda sərnişin sıxlığı, harakat istiqamətləri, gediş-gəliş vaxtı və digər sərnişindaşıma parametrləri üzrə aparılıb.

Nəticə etibarilə, Bakı metropolitenində sərnişin axını cüzi istisnalar qalmaqla, pandemiyadan əvvəlki sonuncu ən çox sərnişin daşınmış 2019-cu ilin templərinə yaxınlaşmaqdadır. 2022-ci ilin payızından başlayaraq müxtəlif müəssisələrin, ələlxüsus təhsil ocaqlarının fəaliyyətində ənənəvi sabit tədris rejimi tətbiq edilir.

Bu isə metropolitendə pandemiya dövründə tez-tez dəyişən sərnişin axını templərinin sabitləşməsinə təsir edib. 2023-cü ilin noyabr ayından başlayaraq fevral-mart aylarında sərnişin sayı və axının dövrü müntəzəmliyi günün saatlarına görə tam olaraq sabitləşib.

Bu səbəbdən səhər və axşam gur saatlar da daxil olmaqla, qrafikə müvafiq düzəlişlərin edilməsi qərara alınıb.

Bunun nəticəsində əvvəllər sərnişin sıxlığının tənzimlənməsi məqsədilə ehtiyat qismində "Nərimanov-Memar Əcəmi-Neftçilar-Memar Ocəmi" marşrutu üzrə xəttə buraxılan qatarlar artıq qrafik üzrə təyin olunmuş vaxtda müntəzəm marşrutla hərəkət edir.
İş günləri ərzində gur saatlar səhər saat 07:00-10:00, axşam isə saat 17:00-20:00 müəyyən olunmaqla, iş günlərində qatarların "Həzi Aslanov-28 May" sahəsində intervalı, müntəzəm qaydada olmaqla, 2 dəqiqə müəyyənləşdirilib.

Bu, Bakı metropoliteni xətlərinin texniki xüsusiyyətlərinə görə mümkün ən optimal hərəkət qrafiki və müntəzəm tətbiq oluna biləcək minimal intervallardır.

Qeyd edək ki, iş günlərində qalan vaxt ərzində sərnişin axını templərinə uyğun olaraq, qeyd edilən sahədə qatarların hərəkəti, əsasən, 2,5 dəqiqə, səhər erkən və gecə saatlarına doğru böyük intervallarla tənzimlənəcək.

Xüsusi olaraq diqqətə çatdırılır ki, iki xətt "28 May" stansiyasında birləşdiyindən buradan "İçərişəhər" va "Dərnəgül" istiqamətində qatarların hərəkət intervalı 2 dəfə çox olacaq. Bununla belə, gün ərzində qrafikin dəqiq icrasını təmin etmək və xüsusi hallarda xəttə buraxılmaq üçün əlavə ehtiyat qatarların nəzərdə tutulması da diqqətdə saxlanılır.

Qrafikdə edilmiş dəyişikliklərlə əlaqədar "Bakmil" stansiyası istiqamətində iş günlərinin hərəkət cədvəli də dəyişdirilib.

"Bakı Metropoliteni" QSC sərnişinlərinə müraciət edərək, istifadə qaydalarına riayət etməyi, xüsusən platformalarda qatarları gözləyərkən ehtiyatlı va diqqətli olmağı, qatarlardan minib-düşənlərə yol verməyi, vaqona minərkən qapı zonasında yubanmamağı və dayanmamağı xahiş edir.

Çünki qatarların stansiyada yubanması intervalların pozulmasına səbəb olur. İntervalların norma həddini aşması isə qatarların hərəkət intensivliyini azaltmaqla, qatarların stansiyalara daxil olmadan tunellərdə dayanıb gözləməsinə, platformalarda, xüsusən sərnişin axını daha çox olan stansiyalarda qatar gözləyənlərin sayının daha da artmasına gətirib çıxarır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin