Bakının Yasamal rayonu Zivər bəy Əhmədbəyov küçəsində, “Kubinka” adlanan ərazidə evlər hasara alınıb. Yaxın vaxtlarda burda genişmiqyaslı, söküntü daha sonra isə tikinti işlərinin aparılacağı gözlənilir.
Xatirələrdə nə qədər gözəl qalsa da, zamanın tələbi ilə uzlaşmayan “Kubinka” yeni, müasir görkəminə qovuşacaq. Ötən əsrin ortalarında inşa olunan, bir-birinə bitişik kiçik, darısqal evlər yeni tikililərlə əvəzlənəcək.
Bizim.Media xəbər verir ki, Nazirlər Kabinetinin qərarına əsasən, hazırda “Kubinka” da pilot layihə çərçivəsində hissə-hissə söküntü işlərinə başlanılıb.
MÖVZU İLƏ BAĞLI:
Sahibi olan 200 mənzil necə satışa ÇIXARILIB? – Məhkəmə ilə MTK arasında qalan zərərçəkəndən ŞİKAYƏT
Artıq 4 iri layihə icra olunaraq yekunlaşmaq üzrədir. Sökülən evlərə görə sakinlərə kompensasiya ödənilməsi isə bu ərazidə tikinti işləri aparan şirkətlərlə sakinlər arasında razılaşdırılır. Bəzi şirkətlər isə sakinlərin tələbləri ilə razılaşmır.
Mövzu ilə bağlı hazırladığımız reportajı diqqətinizə təqdim edirik: