"O yeniyetmə ruhi xəstə deyil" deyən baş həkim İŞDƏN ÇIXARILDI

Hazırda oxunan: "O yeniyetmə ruhi xəstə deyil" deyən baş həkim İŞDƏN ÇIXARILDI

128990

 1 saylı Respublika Psixiatriya Xəstəxanasının baş həkimi, Əməkdar həkim Ağahəsən Rəsulov vəzifəsindən azad olunub. 
 
Bizim.Media xəbər verir ki, səhiyyə naziri Teymur Musayev bununla bağlı əmr imzalayıb. 
 

MÖVZU İLƏ BAĞLI:

Psixiatriya Xəstəxanasının baş həkimi: “O yeniyetmənin müalicəyə ehtiyacı yoxdur”


A.Rəsulov Əmək Məcəlləsinə əsasən yaş həddi ilə əlaqədar olaraq tutduğu vəzifədən azad olunub. 
 
Qeyd edək ki, Ağahəsən Rəsulov 2008-ci ildən 1 saylı Respublika Psixiatriya Xəstəxanasının baş həkimi olub. 
 
Onu da bildirək ki, Bakı şəhərinin Xətai rayonu, 3 saylı uşaq evində qalan və həmin uşaq evi ilə bağlı şikayətini bildirən yeniyetmə Məhəmməd Hacıyevin 1 saylı Psixiatriya Xəstəxanasına yerləşdirilməsindən sonra bu xəstəxananın adı tez-tez hallandırılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin