ABŞ dövlət katibi Antoni Blinken Rusiya Prezidenti Vladimir Putinə Ukraynada başladığı hərbi əməliyyatlarla bağlı Finlandiyanın təhlükəsizlik narahatlığına yol açaraq ölkənin NATO-ya üzv olmasına səbəb olduğuna görə təşəkkür edib.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, Blinken bunu Brüsseldə NATO-nun Baş katibi Yens Stoltenberqlə birgə mətbuata açıqlaması zamanı bildirib.
"Finlandiya tezliklə NATO masası arxasında oturacaq. Bəlkə də, Putinə təşəkkür edə biləcəyimiz yeganə nüans budur, çünki o, bir daha Alyansın genişlənməsini sürətləndirdi. Putin bizi Rusiyanın hərbi müdaxiləsinin qarşısını ala biləcəyimizə inandırdı”, - deyə Blinken bildirib.
Qeyd edək ki, bu gün Finlandiya rəsmi olaraq NATO-ya üzv oldu.
Bizim.Media
- A-
- A
- A+
Dünya
21:27 / 04.04.2023
Blinken: “Putin NATO-nun genişlənməsini sürətləndirdi”
Hazırda oxunan: Blinken: “Putin NATO-nun genişlənməsini sürətləndirdi”
Hazırda oxunan: Blinken: “Putin NATO-nun genişlənməsini sürətləndirdi”
128943
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.