Yaxınları ölən şəxsin əvəzinə oruc tuta bilərmi? – İlahiyyatçıdan AÇIQLAMA

Hazırda oxunan: Yaxınları ölən şəxsin əvəzinə oruc tuta bilərmi? – İlahiyyatçıdan AÇIQLAMA

128912

Ramazan ayı olduğundan sosial şəbəkələrdə orucluqla bağlı müxtəlif müzakirələr aparılır. Aparılan müzakirələrdə bir məqam daha çox diqqət çəkir. 

Şəbəkə istifadəçiləri ölmüş şəxsin əvəzinə hansısa ailə üzvünün oruc tutmasının savab olmasını müzakirə edirdilər. Bir qədər təəccüblü görünən mövzu müəyyən suallar doğurub.
İslama görə, yaxın qohumları ölən şəxsin əvəzinə oruc tuta bilərmi?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən ilahiyyatçı Tural İrfan bu cür müzakirələri “cahil söhbətləri” adlandırıb:
 

MÖVZU İLƏ BAĞLI:

Oruc tutmaqla xərçəngdən sağalmaq mümkündür? – Onkoloqdan AÇIQLAMA


“Ölən yaxının əvəzinə heç kim, heç zaman oruc tuta bilməz. Bunu iranlı mollalar qondarıb. Bir zamanlar İrandan gətirilib Azərbaycanda paylanılan risalələrin içərisində yazılmışdı ki, böyük oğul ata-ana əvəzindən oruc tuta, namaz qıla bilər.

Və yaxud pul verib kimisə həccə göndərə bilər. Bunlar hamısı iranlı mollaların uydurmasıdır. 

Vaxtilə bu cəhaləti gətirib bizim ölkəmizdə məqsədli şəkildə yaydılar. Bu yolla da nə qədər soydaşımızı molla-fars rejimi özünün agentinə, əlaltısına çevirdi. Unutmayaq ki, hər bir əməlin günahı da, savabı da onu icra edən şəxsin özünə aiddir”. 

İlahiyyatçı onu da qeyd edib ki, bu cür söhbətlər İslam dininə yaddır:

“İslamda bir şəxsin digərinin əvəzinə oruc tutması, namaz qılması məsələsi buyurulmayıb. Hər kəs özünə cavabdehdir. Bütün ibadətlər və əməllər yalnız insanın özünə aiddir. İnsan vaxtında hansısa əməli edibsə, edib.
Edilməmiş əməli sonradan başqa birisinin icra etməsi İslamda yoxdur. Məsələn, sən kiminsə əvəzindən namaz qılıb, oruc tutursan. Bəlli olur ki, əvəzinə ibadət etdiyin adam dinini dəyişib. Belə vəziyyətdə məntiqli izah tapa bilmirsən”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin