Paşinyanın müsahibəsi - sudan quru çıxmaq cəhdi və Qərbə mesajlar

Hazırda oxunan: Paşinyanın müsahibəsi - sudan quru çıxmaq cəhdi və Qərbə mesajlar

12889

Ermənistan baş naziri Nikol Paşinyan 23 fevral tarixində 1in.am kanalına müsahibə verib. Baş nazir müsahibəsi zamanı daha əvvəl ona yönəldilən bəzi ittihamlara cavab verib.

Müsahibənin mətni ilə tanış olduğumuzda isə Paşinyanın müsahibəsinin öz rəqiblərinin ittihamlarına cavab xarakterli olmaqdan daha çox mesaj xarakteri ilə seçildiyinin şahidi oluruq.

 

MÖVZU İLƏ BAĞLI:

“Biz “İsgəndər” raketlərini atdıq, niyə partlamadı?” – Paşinyandan Sarksiyana SUAL


Paşinyanın müsahibəsində diqqəti cəlb edən ilk məqam müsahibənin yayımlandığı 1im.am kanalının media sahəsində qərbyönümlü fəaliyyətlə tanınmasıdır. Rusiya meylli xəbər kanalları keçmiş prezidentlər Robert Koçaryan və Serj Sarkisyanın müsahibələrini günlərlə tirajladıqları halda, Paşinyanın müsahibəsinə çox cüzi yer ayırıblar.

Bu baxımdan Paşinyanın qərbyönümlü media orqanında müsahibə verməsi daxili auditoriyadan daha çox xarici, xüsusilə də Qərb ictimaiyyəti üçün hesablanmış bir addım kimi qiymətləndirilə bilər.

 

Paşinyanın müsahibəsinin əsasında Ermənistandakı 2018-ci ilə qədər mövcud olan korrupsiya sistemi durur. Baş nazir Ermənistanda bu illər ərzində yalnız bir sahənin - korrupsiyanın normal çalışdığını ironiya ilə qeyd edir.


Xüsusilə xaricdən silah alınması istiqamətində ciddi korrupsiya faktlarının olduğunu xatırladan Paşinyan, özünü bunun qarşısını alan bir şəxs kimi təqdim edir. Bu bir baxıma Qərb ictimaiyyəti üçün “əgər mən olmasam, Ermənistan yenidən əvvəlki günlərə qayıdacaq” mesajıdır.

Paşinyan silah alınması adı altında xarici yardımların mənimsənildiyinə də diqqət çəkir. Ermənistana xarici diaspora və dövlətlər tərəfindən ayrılan vəsaitin oğurlandığını, onun komandasının isə nə şəxsi, nə də ortaq pullarının olmadığını vurğulayır.

Beləliklə, baş nazir daha əvvəlki korrupsioner rejimlə müqayisədə özünün daha şəffaf siyasi fəaliyyətə malik olduğu obrazını yaradır. Bu obraz da təbii olaraq Qərb ictimaiyyəti üçün nəzərdə tutulub. Çünki Ermənistanın əsas maliyyə dəstəkçisi xaricdəki diaspora fondlarıdır.

 

Bu fondlar 2018-ci ilə qədər Ermənistan hökümətindəki korrupsiya məsələsinə görə yardımların həcmini ciddi şəkildə azaldıb. İndi isə Paşinyan dolayısı ilə maliyyə şəffaflığı sahəsindəki fəaliyyətini təqdim etməklə, həm də onların güvənini qazanmağı hədəfləyir.


Paşinyanın öz müsahibəsində toxunduğu digər məsələ isə ölkə daxili siyasi vəziyyətlə bağlıdır. Baş nazir erkən seçkilər keçirmək barədə hər hansı fikrinin olmadığını qeyd edir, çünki bunun üçün nə müxalifətdən, nə də xalqdan ciddi bir istək yoxdur. Mitinqlərdə iştirak edən qüvvələr isə sadəcə Ermənistanda daxili vəziyyəti qarışdırmağa cəhd göstərənlərdir. 

Paşinyan siyasi gərginliyin fonunda bəzi maraq qruplarının məqsədli şəkildə ölkə daxili vəziyyəti qarışdırmaq istədiyini qeyd edir. Bu amil digər tərəfdən regionda iqtisadi imkanların bərpasında maraqlı olduğunu qeyd edən Paşinyan özünü regional təhlükəsizlik üçün önəmini də vurğulamağa çalışmasına imkan yaradır.

 

Paşinyanın müsahibəsindən aydın olur ki, xüsusilə xaricdəki qüvvələrə regiondakı razılaşmalara əməl olunmasının, iqtisadi münasibətlərin genişlənməsi və Ermənistanın inkişafının təminatçısı kimi göstərməyə çalışır.


Paşinyanın səsləndirdiyi fikirlər Ermənistanın son 30 ildə gəldiyi nöqtəni bir daha aydın şəkildə gözlər önünə sərir. Korrupsiyalaşmış sistem, çökmüş ordu strukturu, əsgərlərinin alt paltaralarını belə təmin etməyi bacarmayan bir dövlət.

Rəvan Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin