Azərbaycan ordusu Zəngəzurda daha 11 post qurub - Paşinyan ərazi itirilmədiyini deyir

Hazırda oxunan: Azərbaycan ordusu Zəngəzurda daha 11 post qurub - Paşinyan ərazi itirilmədiyini deyir

128878

Xəbər verdiyimiz kimi, martın 25-də Azərbaycan ordusu Laçın rayonunun Sarıbaba yüksəkliyindəki mövqelərindən Xankəndi istiqamətində 2 kilometrə yaxın irəliləyərək 2048-ci yüksəklikdə post qurub.

Nəticədə Xankəndi-Xəlfəli-Turşsu torpaq yolu tamamilə nəzarətə götürülüb. Bu yolla ermənilər Qarabağa silah və yaraqlı daşıyırdılar.

Əməliyyatdan sonra onların istəyi puç olub. Martın 28-dən 29-na keçən gecə isə Ermənistanla dövlət sərhədinin Laçın rayonu istiqamətində daha bir əməliyyat həyata keçirilib.

Bizim.Media erməni mətbuatına istinadən xəbər verir ki, Azərbaycan ordusunun hərəkətləri Ermənistanda rezonans doğurub.

Müxalifətçi deputat Tiqran Abramyan öz Facebook səhifəsində yazıb ki, Azərbaycan ordusu martın 25-də yeni strateji yüksəklikləri "ələ keçirib" və on kilometrlik xətt boyu mövqelərini möhkəmləndirib.

Abramyanın sözlərinə görə, Azərbaycan ordusu bir sıra sektorlarda daha əlverişli mövqelər tutub, Qarabağın Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan hissəsinə gedən bütün yollara nəzarəti təmin edib.

Xatırladaq ki, bu əməliyyat nəticəsində Şuşa rayonunun Allahqulular və Zamanpəyəsi kəndləri Azərbaycan ordusunun nəzarətinə keçib. 

Bir sözlə, Azərbaycan ordusu hazırda Kiçik Qaladərəsi kəndindən başlayan, Laçın şəhərindən yan keçən yeni Laçın-Xankəndi yolunun 5 kilometrlik şimal və cənub zolağında möhkəmlənib.

Nəticədə Ermənistan Qarabağın sülhməramlıların nəzarəti altında olan həmin hissəyə nəzarəti itirib.

Ermənistanla sərhəddə Zəngəzurun Dığ (Tex) kəndi istiqamətində həyata keçirilən əməliyyata gəlincə, martın 28-də Ermənistan silahlı qüvvələri işğal etdiyi mövqelərdən geri çəkilib. 

Tex kənd icmasına daxil olan Eravus kəndinin keçmiş rəhbəri Arqam Ovsepyan qeyd edib ki, azərbaycanlılar artıq ərazidə 11 post qurub.

Onun sözlərinə görə, Azərbaycan ordusu sovet dövrünün xəritələrinə əsasən Ermənistana məxsus olduğu iddia edilən 60 hektar ərazini geri qaytarıb.

Ermənistan prezidentinin keçmiş müşaviri Gevorq Melikyan isə deyib ki, Tex kəndi istiqamətində 9 kvadrat kilometr ərazi Azərbaycan Ordusunun nəzarətinə keçib.

Xatırladaq ki, həmin əməliyyatdan sonra Ermənistan baş naziri Nikol Paşinyan hökumətin iclasında bildirib ki, yeni Laçın yolundan istifadəyə dair müqavilənin müddəti sona çatdığından belə hadislər baş verib.
O, həmçinin heç bir ərazinin itirilmədiyini deyib. Amma müxalifət onu “növbəti ərazi itkisi”ndə ittiham edib və əhalini küçə döyüşlərinin yeni mərhələsinə başlamağa səsləyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin